ELM VƏ TƏHSİL


Məktəblilərin iştirakı ilə “İqtisadiyyat və sən” mövzusunda vebinar keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC

“Parlaq gələcəyim” layihəsi çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzununun şəhər/rayon məktəbliləri ilə onlayn görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi regionlardakı məktəblilərin maraq göstərdiyi ixtisas sahələri üzrə ən son yeniliklər barədə məlumatlandırılmasıdır. Eyni zamanda, əmək bazarındakı prioritet ixtisaslar barədə yeniliklərin bölüşülməsini təmin etməkdir.

Ölkənin müxtəlif regionlarından 70-ə yaxın məktəblinin iştirak etdiyi vebinar “İqtisadiyyat və sən” mövzusuna həsr edilib. Təlimçi sözügedən proqram çərçivəsində İtaliyanın Sapienza Universitetində iqtisadi siyasət ixtisası üzrə magistratura təhsili almış Səbinə Əliyeva olub.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.