CƏMİYYƏT


Məktəblilərin narkomaniyanın və erkən nikahların fəsadları barədə məlumatlandırılması işi davam etdirilir

Bakı, 22 fevral, AZƏRTAC 

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sarıcalar kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından bəhs edib. O, erkən nikahın qarşısının alınması istiqamətində görülən işlərdən söz açaraq, bu məsələ ilə bağlı yeniyetmə və gənclərimizin, onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Erkən yaşda qurulan nikahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyi, bunun da gələcəkdə ailədaxili zorakılıq hallarının ortaya çıxmasına səbəb olduğu bildirilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.