ELM VƏ TƏHSİL


Məktəblilərin nəzərinə: Uşaq hüquqları hakatonuna qeydiyyat aparılır

Bakı, 6 sentyabr, AZƏRTAC

Noyabrın 20-21-də Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Uşaq hüquqları” hakatonuna qeydiyyat aparılır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşaq hüquqları haqqında məlumatlı, innovativ düşüncəli, təşəbbüskar, komandada işləməyi bacaran, motivasiyalı 10-16 yaşlı uşaqlar - məktəblilər hakatonda iştirak üçün sentyabrın 15-dək qeydiyyatdan keçə bilərlər.

Hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirmə aparmaq, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etməkdir. Eyni zamanda, hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.

İştirakçılar 24 saat ərzində bu sahədə mövcud problemlərin həllinə yönəlmiş innovativ yolları tapmağa çalışacaqlar. Hər biri 4 nəfərdən ibarət olacaq komandalar verilən müddət ərzində mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaq. Hakaton təhsil, sağlamlıq, zorakılıqdan müdafiə, ailədə yaşamaq və tərbiyə almaq hüquqları mövzularını əhatə edəcək.

Hakatonda I yerin qalibinə kompüter, II yerin qalibinə planşet, III yerin qalibinə isə “ağıllı” saat təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.