ELM VƏ TƏHSİL


Məktəblilərin yaradıcılıq festivalı çərçivəsində respublika müsabiqəsinin zona mərhələsinə yekun vurulub

Bakı, 19 mart, AZƏRTAC

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təşkil olunan məktəblilərin respublika yaradıcılıq festivalı çərçivəsində dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsinin zona mərhələsinə yekun vurulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 7 zona (Bakı, Gəncə, Lənkəran şəhərləri, Quba, Şamaxı, Şəki, Salyan rayonları) üzrə keçirilən yarışda ümümilikdə respublikanın 50 rayonundan məktəblilər iştirak ediblər.

Hər iki nominasiya üzrə I, II, III yerləri tutan 214 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib və respublika mərhələsi üçün 42 iş seçilib.

Festival çərçivəsində “Ekolojiyönümlü və enerji effektli məktəb” müsabiqəsinin zona mərhələsi cari ilin may ayında, yekun tədbir isə iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Festivalda respublikanın 597 ümumtəhsil məktəbindən 4 min 769 nəfər məktəbli iştirak edir.

Respublikanın bütün ümumtəhsil müəssisələrinin qatıldığı festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi, ümumtəhsil məktəblərinin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.