CƏMİYYƏT


“Məktəblilərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Məktəblilərin yaşıl şəbəkəsi” layihəsinin Binəqədi Gənclər evində təqdimatı keçirilib.

Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Sevinc Paşabəyzadə “Məktəblilərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində şagirdlərin ekologiya, ətraf mühitin mühafizəsi barədə məlumatlandırılması məqsədilə tədbir və təlimlərin keçiriləcəyini bildirib.

Layihənin icrasının birinci günündə maraqlı müzakirələr aparılıb, mövzuya dair videoçarxlar nümayiş etdirilib.

“Məktəblilərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində növbəti tədbirlər yanvarın 10-da və 11-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.