ELM VƏ TƏHSİL


“Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən yarışın qalibləri müəyyənləşib

Bakı, 28 yanvar, AZƏRTAC

Məktəblilər arasında “Azərbaycan filmlərində milli adət və ənənələrimiz” mövzusunda yarış keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində baş tutan yarışda Bakı şəhər 114 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Tədbirin təşkil olunmasının əsas məqsədi şagirdlərə milli, tarixi ənənələrimizi öyrətməklə yanaşı, onlara Azərbaycan kinematoqrafiyasını tanıtdırmaqdan ibarət olub. 3 turdan ibarət yarışda şagirdlərə Azərbaycan filmlərindən suallar təqdim edilib, filmlərdən bəzi fraqmentlər nümayiş olunub. Tədbirin davamında məktəblilər məşhur Azərbaycan filmlərinin ən yaddaqalan səhnələrini canlandırıblar.

Altı komandanın iştirak etdiyi yarışda 1-ci yeri “Əhməd haradadır?”, 2-ci yeri “Qaraca qız”, 3-cü yeri isə “Qaynana” komandası tutub.

Qalib komandalara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.