MƏDƏNİYYƏT


“Məktəblinin dostu” layihəsi çərçivəsində növbəti tədbir

Bakı, 15 noyabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları “Məktəblinin dostu” layihəsi çərçivəsində, Xətai rayonunda yerləşən Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə keçirilən “Kitabla davranış mədəniyyəti” adlı tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir “Balaca ev” adlı cizgi filminin təqdimatı ilə başlayıb.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında, uşaqlara kitab və kitabxananın əhəmiyyəti barədə geniş məlumat verib və uşaqların bütün suallarını cavablandırıb.

Tədbirdə bir sıra sevimli uşaq nağılları əsasında hazırlanmış səhnəciklər göstərilib.

Sonda uşaqlara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı və kitablar hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.