DÜNYA


Melburnda bıçaqla insanlara hücum etmiş şəxs partlayış törətmək istəyib

Tokio, 10 noyabr, AZƏRTAC 

Avstraliya polisi noyabrın 9-da Melburn şəhərində polislərə bıçaqla hücum edən şəxsin avtomobilindəki qaz balonlarını da partlatmaq istədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Viktoriya ştatının polis rəisi Qrem Eştonun sözlərini sitat gətirən telekanal bildirir: “Avtomobilini yandıran həmin şəxs çox güman ki, oradakı balonları partlatmağa çalışıb. Cinayətkarın əsas məqsədi partlayış törətmək olsa da, o, bunu həyata keçirə bilməyib”.

Xatırladaq ki, noyabrın 9-da Melburnda bıçaqla silahlanan şəxs polis əməkdaşlarına hücum edib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, Suonston-strit küçəsində qarışıqlıq buradakı avtomobillərdən birinə od vurulmasından sonra başlayıb. Müşahidə kameralarındakı görüntülərdən də məlum olur ki, bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Polis hücum edən şəxsə atəş açmaq məcburiyyətində qalıb.

Avstraliya polisi bəyan edib ki, bu hadisə terror aktıdır. Baş verənlərə görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.