CƏMİYYƏT


Melburnda nəfəs almaq çətinləşir

Bakı, 15 yanvar, AZƏRTAC

Avstraliyada geniş miqyas almış meşə yanğınları ilə əlaqədar tüstü üzündən Melburnda havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb. Hələ payızda başlanmış meşə yanğınları yerli sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib.

AZƏRTAC “Euronews” agentliyinə istinadla xəbər verir ki, xüsusi zərurət olmadığı halda sakinlərin evdən çıxmaması və pəncərələri açmaması tövsiyə edilib. Mütəxəssislərin fikrincə, gecə vaxtı xüsusilə təhlükəli vəziyyət yaranır.

Havanın hədsiz çirklənməsi üzündən, Tennis üzrə Avstraliya Açıq Çempionatının təşkilatçıları seçmə matçların keçirilməsini ləğv ediblər. Birinci “Böyük dəbilqə” turnirinin keçirilməsi də sual altındadır. Bu fakt azarkeşlərin əhvalını korlayıb.

Kenquru adası da yanğından ciddi zərər çəkib. Beynəlxalq heyvanları mühafizə cəmiyyətinin Avstraliyadan olan könüllülər dəstəsi bu adaya yola düşüb. Onlar yerli faunanın salamat qalmış nümayəndələrini xilas etməyə çalışırlar. Müxtəlif hesablamalara görə, son aylarda yanğınlar səbəbindən bu ölkədə 500 milyondan 1 milyarda qədər heyvan tələf olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.