REGİONLAR


Mələk Çakmak: FAO olaraq, fermerlərin gəlirlərinin artırılmasında çox maraqlıyıq

Zaqatala, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalada olmağımızdan çox məmnunuq. FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) olaraq Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqının birgə maliyyələşdirdiyi layihələrlə kənd təsərrüfatı yarmarkasında iştirak edirik. Bura Zaqataladan, Qaxdan, Balakəndən və digər yerlərdən fermerlər dəvət olunublar. Onların arasında qoyunçuluqla, meyvəçilik, fındıqçılıq, arıçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan fermerlər var. Biz, FAO olaraq kənd yerlərinin inkişafı, kiçik və orta fermerlərin gəlirlərinin, bazarlara çıxış imkanlarının artırılmasında çox maraqlıyıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri FAO Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak Zaqatalada təşkil olunan “Kənd Boğçası” adlı kənd təsərrüfatı yarmarkasında jurnalistlərə müsahibəsində deyib.

FAO-nun təmsilçisi bildirib ki, bugünkü yarmarkanın ən önəmli və vacib məqsədlərindən biri də yerli qida məhsullarını tanıtmaqdır. “Azərbaycanın bu bölgəsində çox dəyərli, ancaq Bakıda və digər regionlarda o qədər də tanınmayan ərzaq və qida məhsulları var. Biz istəyirik ki, həmin məhsulları üzə çıxaraq, insanlar onları tanısınlar. Məqsədimiz odur ki, bu bölgəyə daha çox yerli və xarici turist gəlsin. Biz fermer və istehsalçılara dəstək göstərməklə kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdıra, xüsusilə də, kiçik və orta səviyyəli ərzaq istehsalçıları üçün əlverişli bazar imkanları yarada bilərik”, - deyə Mələk Çakmak vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.