REGİONLAR


Mələk Çakmak: Məqsədimiz kiçik fermer qruplarına kömək etmək və kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaqdır

Bakı, 22 yanvar, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla birgə reallaşdırdığı Tərəfdaşlıq Proqramı hesabına digər ölkələrə Azərbaycan təcrübəsi əsasında yardım etmək imkanı qazana bilərik. FAO layihələrin icrasında özəl sektorla tərəfdaşlığa və beynəlxalq ictimaiyyətlə iş birliyinə önəm verir. Əsas məqsədimiz kiçik fermer qruplarına kömək etmək və kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafa nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib.

M.Çakmak qeyd edib ki, FAO ilə Azərbaycan hazırda 4 layihənin icrasını həyata keçirir: “Bunlardan birincisi aqrar məşğulluğun artırılması sahəsində icra edilən “AMAL” layihəsidir. Layihə gəncləri və öz işini quran vətəndaşları əhatə edəcək. Həmin layihə çərçivəsində FAO gənclərə ehtiyacları olan bütün biliklərə və maddi resurslara çatmaq istiqamətində dəstək verəcək. “Dayanıqlı qoyunçuluq və ərzaq məhsullarının dəyər zəncirlərinin hazırlanması və qəbulu” layihəsi isə Qax, Beyləqan və Şəkidə pilot layihə kimi həyata keçiriləcək. Burada kiçik fermerlərin istehsal və məhsuldarlığını artırmaq, süd məmulatlarının daha da keyfiyyətli istehsalı istiqamətində işlər görüləcək, FAO tərəfindən dəstək göstəriləcək. Üçüncü layihə maldarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilir. Gəncədə çox önəmli Süni Mayalanma Mərkəzinin daha da inkişaf etdirilməsinə dəstək göstəriləcək. Dördüncü layihə isə “Xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması”dır. Bundan əlavə, gələcəkdə bu proqram çərçivəsində fındıqçılıq sektorunun inkişafı istiqamətində layihənin icrası nəzərdə tutulur. Həmçinin FAO kənd təsərrüfatının bitkiçilik, tütünçülük, meşəçilik və balıqçılıq, eləcə də kənd yerlərinin inkişafına, heyvandarlığa dəstək verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.