REGİONLAR


Məleykə Abbaszadə: Əsas məqsədimiz pedaqoji ictimaiyyəti imtahanlardakı yeniliklər barədə məlumatlandırmaqdır

Şəki, 5 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Regionlarda keçirdiyimiz konfransların iştirakçıları əsasən pedaqoji ictimaiyyətin nümayəndələridir. Onlar şagirdlərlə daha çox təmasda olurlar. Əsas məqsədimiz pedaqoji ictimaiyyəti qarşıdan gələn qəbul imtahanlarında nəzərdə tutulan yeniliklər barədə məlumatlandırmaqdır. Onların imkanı olacaq ki, şagirdlərin, müəllimlərin, valideynlərin bu yeniliklərlə bağlı suallarını cavablandırsınlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəkidə keçirilən regional konfrans zamanı jurnalistlərə müsahibəsində deyib.

Qurumun rəsmisi qeyd edib ki, pedaqoji ictimaiyyət bu yenilikləri Mərkəzin rəsmi mətbu orqanlarından, sosial şəbəkə səhifəsindən də əldə edə bilər. “Bu sualların cavabı artıq hamıya məlumdur. Çünki hələ bir-iki il əvvəl ictimaiyyətə çatdırılmışdı. Hazırda daha çox şagirdlər və valideynlər narahatdırlar. Biz çalışırıq ki, pedaqoji ictimaiyyətə düzgün istiqamət verək və onlar da, öz növbəsində, şagirdləri düzgün istiqamətləndirsinlər”, - deyə Məleykə Abbaszadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.