ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə: İxtisas seçimi abituriyentin topladığı bala əsasən aparılır

Bakı, 30 iyul, AZƏRTAC

Bəzi valideynlər öz uşaqlarının taleyini başqalarının ümidinə buraxırlar. Bunun da nəticəsində abituriyent istəmədiyi ixtisasa qəbul olunur. Ona görə də hər bir abituriyent ərizəsini özü təsdiq etməlidir. Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə dəqiq seçim edilsin.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ixtisas qruplarında keçid balları müxtəlif olduğundan ixtisas seçimində hər kəs balını bilib buna uyğun seçim etməlidir. Təəssüf ki, ixtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir.

M.Abbaszadə qeyd edib ki, ixtisas seçiminin rahat olması üçün DİM-in xidmətləri fəaliyyət göstərir. Valideynlər bu xidmətlərdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.