ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə Türkiyədə “Dövlət qulluğunda insan resurslarının idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib

Bakı, 29 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatı I İnsan Resursları görüşündə iştirak edir. Türkiyə Respublikası Prezident Administrasiyası İnsan Resursları Ofisinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan nümayəndələr iştirak edirlər. Tədbirin ilk günündə iştirakçılar tərəfindən insan resurslarının idarə edilməsi ilə bağlı təqdimatlar nümayiş etdirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğunda insan resurslarının idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı DİM-in fəaliyyəti haqqında məlumat verilib və müvafiq sahə üzrə təcrübəsi paylaşılıb, həmçinin türk dövlətləri və DİM arasında gələcək əməkdaşlıq istiqamətləri barədə danışılıb.

Bu gün tədbir iştirakçıları türk dövlətləri arasında insan resurslarının inkişafı məqsədilə qurulacaq əməkdaşlıq sahələrini müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.