ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə avqustun 10-da Lerikdə vətəndaşları qəbul edəcək

Bakı, 3 avqust, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 10-da Lerikdə vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, saat 11.00-da Lerik Rayon Mədəniyyət Mərkəzində keçiriləcək qəbulda Lerik, Lənkəran, Astara, Masallı və digər rayonların sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan DİM-in internet saytında (http://eservices.dim.gov.az/sedrinqebulu/) elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya bu qurumun Lənkəran regional bölməsinə (ünvan: Lənkəran şəhəri, Həzi Aslanov xiyabanı 52) müraciət etmələri (əlaqə telefonu: +994 2525 52482) xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Lerik, Astara və Masallı rayonlarının təhsil şöbələrində avqustun 3-dən 9-na kimi (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.