ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə noyabrın 16-da Xızıda vətəndaşları qəbul edəcək

Bakı, 7 noyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbul noyabrın 16-da, saat 11.00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Sumqayıt, Abşeron, Xızı, Siyəzən şəhər-rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşadan olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Qəbula yazılmaq istəyənlər üçün qeyd olunan rayonların Təhsil şöbələrində noyabrın 7-dən 15-dək (şənbə, bazar və qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan – 17.00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.