REGİONLAR


Meliorasiya və Su Təsərrüfatı ASC bölgələrdə 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini başa çatdırıb

Bakı, 4 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.

Səhmdar Cəmiyyətin mətbuat katibi bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 12 mart tarixli "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılmışdı. Sərəncamdan irəli gələn işlər artıq tam başa çatıb.

Dilqəm Şərifovun sözlərinə görə, subartezian quyularının çox hissəsi cəbhə xəttinə yaxın ərazilərdə qazılıb. Məqsəd döyüş bölgəsinə yaxın ərazilərin su təminatının daha da yaxşılaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.