CƏMİYYƏT


Meliorasiya və Su Təsərrüfatı ASC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib.

ASC-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini qeyd edərək bildirib ki, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi böyük ehtiramla anılır.

Əhməd Əhmədzadə çıxışında bildirib ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Cəmiyyətin sədri, həmçinin Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdiyini və yüksək nailiyyətlər qazanıldığını diqqətə çatdırıb.

Ulu Öndərin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın səmərəli xidmətlərini, çoxşaxəli nəcib və xeyirxah fəaliyyətini vurğulayan Əhməd Əhmədzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Dahi rəhbərin işıqlı xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Tədbir digər çıxışlarla davam edib. Çıxışlarda dahi şəxsiyyətin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycanın bu günü və gələcəyi üçün reallaşdırdığı layihələrdən, gördüyü işlərdən geniş söhbət açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.