REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatında “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatında “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, təlimi Hüquq və insan resursları məsələləri şöbəsinin müdiri Ülviyyə Məmmədova aparıb. Təlimdə vətəndaşların müraciətlərinə dair qanunvericiliyi təşkil edən normativ hüquqi aktlardan ən mühüm olanı “Vətəndaş müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri iştirakçılara izah edilməklə yanaşı, bu tələblərə əməl edilməsinin vacibliyi vurğulanıb.
Tədbir maraqla qarşılanıb və işçilərin bu Qanunun icrası ilə əlaqədar sualları cavablandırılıb. Yaxın vaxtlarda bu cür təlimlərin Mərkəzi Aparatla bərabər, yerli istismar idarələrinin işçi heyəti ilə keçirilməsi də planlaşdırılır.