REGİONLAR


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Horadizdə vətəndaşları qəbul edib VİDEO

Füzuli, 10 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə iyulun 10-da Horadiz şəhərində vətəndaşlarla görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan öncə Ə.Əhmədzadə və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ümummilli lider Heydər Əliyevin abidəsi özünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mil-Muğan Hidroqovşaqların İstismarı İdarsəinin inzibati binasında keçirilən qəbulda Füzuli rayonundan və Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndindən olan vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi, həmçinin ASC-nin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə ASC-nin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.