QAN YADDAŞI
Melioratorlar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Açıq Səhmdar Cəmiyyətin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə sovet ordusunun xüsusi təyinatlılarının 29 il əvvəl Bakıda həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan sədr onun tarixi hadisə kimi önəmini vurğulayıb. Ə.Əhmədzadə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini bildirib.
Bildirilib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Prezident İlham Əliyev tərəfindən bu gün də əziz tutulur. Dövlətimizin başçısı torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində inamlı siyasət aparır.
Qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [12:29]
Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq
- 06.03.2024 [07:00]
Karlton Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 29.02.2024 [20:14]
Niderland mediası Xocalı həqiqətlərindən yazıb
- 29.02.2024 [11:27]
Kölndə Xocalı soyqırımının 32-ci ildönümü anılıb
- 28.02.2024 [18:35]
Xorvatiyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib
- 28.02.2024 [16:32]
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Peru Konqresində anılıb
- 27.02.2024 [20:32]