İQTİSADİYYAT


Məlumat Hesablama Mərkəzi ilə “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Bakıda keçirilən “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə malik “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir. Şirkət bir sıra Avropa ölkələrinə öz elektron həllərini təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.