Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Məlumat Hesablama Mərkəzində ağıllı layihələr” adlı onlayn tədbir təşkil edilib

“Məlumat Hesablama Mərkəzində ağıllı layihələr” adlı onlayn tədbir təşkil edilib

Bakı, 16 dekabr, AZƏRTAC

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) təşkilatçılığı ilə “MHM-də ağıllı layihələr” adlı onlayn tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkə əhəmiyyətli bir neçə smart layihənin operatoru olan Məlumat Hesablama Mərkəzinin “SmartCell” (üz tanıma), “SmartPay”, “Elektron imzaların ölkələr arasında qarşılıqlı tanınması” kimi layihələri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, İtaliyanın “Naples Federico II” Universiteti ilə birgə həyata keçirilən “SmartCell” proqramının yaradılmasında əsas məqsəd fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsidir. Əsasən maliyyə sektorunda, mobil operatorların fəaliyyətində istifadə olunması nəzərdə tutulan “SmartCell” proqramının gələcəkdə dövlət və özəl sektorda tətbiqi planlaşdırılır. Sistem müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də təmin etmək mümkündür. Bəs bu əməliyyat elektron imza ilə necə aparılır? Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Elektron imza” sertifikatının təqdim edilməsi prosesi çox sadədir.

Mobil tətbiqin köməyi ilə şəxsiyyət vəsiqəsi ilə üz tanınma prosesi həyata keçirilir. Bu məlumatlar əsasında şəxsə aid sertifikat sorğusu hazırlanır. Sertifikat Xidmətləri Mərkəzinin müvafiq infrastrukturuna sertifikatın alınması üçün sorğu göndərilir. Mərkəz tərəfindən verilən sertifikat proqram tərəfindən qəbul olunaraq sənədləri imzalamaq üçün tam istifadəyə hazır vəziyyətə gətirilir. Bütün bu proses qısa vaxt ərzində baş verir. Daha sonra “SmartPay” ödəniş sistemi ilə bağlı məlumat verilib.

Bir çox xidmətləri vahid platformaya toplayan "SmartPay" geniş coğrafi ərazidə müxtəlif xidmətlər üzrə etibarlı, onlayn, təhlükəsiz və sürətli ödəniş vasitəsidir. “SmartPay” ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə tam təminat verir. Nəzarət mexanizmi sistemdə baş verə biləcək saxta əməliyyatları, icazəsiz hərəkətləri izləmək və anında bloklamaq imkanı verir.

Vətəndaşlar bu prosessinq mərkəzinin xidmətindən istifadə etməklə dövlət qurumu xidmətlərini, sığorta xidmətlərini, kommunal xidmətləri, TV və internet provayderləri, bank xidmətləri və digər xidmətlər üzrə ödəmələrini həyata keçirə bilərlər.

Növbəti təqdimat elektron imza haqqında olub. Rəqəmsal dünyada elektron imzalar, sənədləşmə xərclərinə, vaxta qənaət edir və iş proseslərinin sürətini əhəmiyyətli dərəcədə artırır. Elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınması istiqamətində işlər aparılır. Hazırda Azərbaycan ilə Belarus arasında elektron imzaların qarşılıqlı tanınması üzrə bütün işlər tamamlanıb. Etibarlı Üçüncü Tərəf sistemi yaradılıb və elektron sənəd mübadiləsi üzrə “AzDoc” sənəd dövriyyəsi üzərindən testlər aparılıb. Hazırda hər iki dövlət qurumları arasında sənəd mübadiləsinin inteqrasiyası aparılır.

Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi ilə texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər tam olaraq yekunlaşıb. Hazırda Türkiyə ilə də dövlət qurumları arasında sənəd mübadiləsinin inteqrasiyası üzərində müzakirələr aparılır.

Qeyd edək ki, ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması həm dövlət, həm biznes subyektləri, həm də vətəndaşlar tərəfindən aparılan qarşılıqlı münasibətləri yeni müstəviyə keçirəcək. Bununla da ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə irəliləməsinə imkan yaranacaq. Bu, həm də Azərbaycanın elektron ticarət qovşağına çevrilməsi baxımından mühümdür.

Sonda “Ağıllı şəhər”in əsas komponentlərindən biri olan təmassız texnologiyanı dəstəkləyən nağdsız ödənişlər barədə təqdimat olub. “Ağıllı şəhər”in əsas komponentlərindən biri də yeni texnologiyalara əsaslanan sistemlərin nəqliyyat sahəsinə tətbiqidir. Buna misal olaraq bir neçə ay bundan əvvəl Şamaxı şəhərində avtobuslarda təmassız texnologiyanı dəstəkləyən sistemin quraşdırılmasını misal çəkə bilərik. Bu sistem vətəndaşlara təmassız texnologiyanı dəstəkləyən istənilən bank kartı ilə yanaşı, mobil cihazından, məsələn, smart telefon, o cümlədən smart saatından ödəniş etmək imkanı verir. Sistemin imkanları genişdir. Həm “NFC” texnologiyasını dəstəkləyir, həm “QR kod”la ödəmə imkanı var. Bununla yanaşı, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallığı özündə birləşdirir.

Pandemiya şəraitində ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “Ağıllı şəhər” layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır. Ölkəmizdə bu cür layihələrin artmasında, ümumilikdə rəqəmsal Azərbaycanın qurulmasında iştirak Məlumat Hesablama Mərkəzi üçün prioritet olmaqla yanaşı, həm də inkişaf meyarıdır. Mərkəz tərəfindən ərsəyə gətirilən layihələrdə ən son dünya təcrübəsi öyrənilir, milli tətbiqlər yaradılır, rəqəmsal mühit üçün güclü kadr potensialı formalaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib