İQTİSADİYYAT


Məlumat Hesablama Mərkəzinin saytı yenilənib

Bakı, 29 yanvar, AZƏRTAC

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib. “www.rabita.az” domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, saytda “Məhsullar”, “Xidmətlər” menyusu, Məlumat Hesablama Mərkəzi ilə bağlı xəbərlər və press-relizlərin yerləşdirildiyi “Media” bölməsi var. Həmçinin saytda “Smartpay” ödəmə sistemi və “Mobil Cihazların Qeydiyyat Sistemi” ilə bağlı xidmətlərdən istifadə etmək üçün xüsusi bölmə yaradılıb. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzinə aid olan “e-imza.az”, “opendata.az”, “azdatacom.az” saytlarına da keçid qoyulub.

Sayt Azərbaycan və ingilis dilində fəaliyyət göstərir. Saytda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan 7 xidmət – “e-İmza”, “SmartPay”, “SmartCell”, “AzDataCom”, “Billinq” Sistemi, Açıq Məlumatlar Portalı, vebsaytların və mobil tətbiqlərin yaradılması və hazırda istifadəçilərin ixtiyarına verilən 15 məhsul – “AzDoc”, “e-Kadr”, “e-Arxiv”, danışan kitabxana, vahid nömrə satışı, “Azcall” Çağrı mərkəzi, “Somar” satış proqramı, mobil nömrədaşıma xidməti, cərimələrin yığım sistemi, müraciətlərə nəzarət sistemi, müqavilələrin elektron qeydiyyatı Sistemi, “ABACUS” (mərkəzləşdirilmiş ianə sistemi), “Poçtap” (itirilmiş sənədlərin axtarış sistemi), ARİS (avtomatlaşdırılmış rabitə idarəetmə sistemi), mobil cihazların qeydiyyat sistemi (IMEI) təqdim edilir.

45 ildən artıqdır fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edən yeni həllər yaradır. Həmçinin ölkə əhəmiyyətli bir neçə layihənin rəqəmsal operatorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.