ELM VƏ TƏHSİL


Memarlıq fakültəsinin tələbəsi Avropa Kosmos Həftəsində iştirak edib

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin 3-cü kurs tələbəsi Leyla Mehdiyeva Fransanın Marsel şəhərində keçirilən Avropa Kosmos Həftəsində iştirak edib.

Memarlıq və İnşaat Universitetindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan–Fransız Universitetinin (UFAZ) “TensorScience” komandasının heyətində tədbirə qatılan Leyla Mehdiyeva orada “İnterconnectivity” panelində təqdim olunan layihənin dizayneridir. Onu da qeyd edək ki, “Geospinner” adlanan bu layihə ötən ilin mayında Azərbaycanda ilk dəfə keçirilən və UFAZ-ın ev sahibliyi etdiyi ActinSpase beynəlxalq müsabiqəsində nümayiş olunub və 2-ci yerə layiq görülüb.

Beş gün davam edən konfransda dünyanın müxtəlif ölkələrindən 800-dək qonaq, 30-a yaxın spiker iştirak edib. Panelin rəsmi qonaqları və spikerləri arasında Fransanın Ali Təhsil, Araşdırma və İnnovasiya naziri, Fransanın Kosmik Tədqiqatlar Mərkəzinin prezidenti və Avropa Kosmik Agentliyinin baş direktoru olub. Onu da qeyd edək ki, “TensorScience” komandasının üzvləri konfransda çıxış edən spikerlər arasında ən gənc iştirakçılar olublar. Azərbaycanı təmsil edən yeganə startap layihəsi olan “Arteve” konfrans iştirakçıları tərəfindən də böyük maraqla qarşılanıb. Belə ki, artıq həyata keçirilmiş və fəaliyyət mərhələsində olan digər layihələrdən fərqli olaraq “ARteve” paneldə prototip şəklində təqdim olunub.

Bizimlə söhbətində Leyla Mehdiyeva qeyd edir ki, böyük investorların iştirak etdiyi bu tədbirdə layihələrinin gerçəkləşəcəyinə maliyyə yatırmaq istəyən iş adamlarının olacağına inanırlar. O, sonrakı hədəflərinin layihənin mobil tətbiqetmə versiyasını yaratmaq olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.