ELM VƏ TƏHSİL


Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 14 may, AZƏRTAC

Memarlıq istiqamətini seçən abituriyent əvvəlcə I ixtisas qrupu üzrə imtahan verməlidir. Birinci ixtisas qrupu üzrə ümumi balı azı 200 bal olan abituriyent memarlıq üzrə qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçə bilər. Abituriyent maksimum 4 komissiya üzrə qeydiyyatdan keçə bilər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, memarlıq ixtisasını seçən abituriyent yalnız rəsm fənnindən imtahan verir. İmtahanın yekun nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Rəsm fənni üzrə abituriyentin tapşırığı 10 ballıq qiymətləndirmə şkalası üzrə qiymətləndirilir. “Məqbul” almaq üçün abituriyentin qiyməti 6 və ya daha çox olmalıdır.

Rəsm imtahanında A3 (297x420) formatlı kağız üzərində 2M (HB, TH) markalı karandaşla gipsdən hazırlanmış antik başın təsviri çəkilir. İmtahan müddəti 3 saat 45 dəqiqədir. Rəsm imtahanına hazırlaşan abituriyent köməkçı vasitə kimi mütəxəssislərin hazırladıqları metodiki tövsiyələrlə tanış olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.