ELM VƏ TƏHSİL


Memarlıq ixtisasını seçən abituriyentlərin qeydiyyatı sentyabrda olacaq

Bakı, 7 avqust, AZƏRTAC

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün sentyabrın 2-dən 6-dək qeydiyyatdan keçə biləcəklər.

Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 1-ci və 2-ci nömrələrini nəşr edib.

Jurnalların elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti(http://eservices.dim.gov.az/ejurnal) vasitəsilə ödəniş etməklə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.