ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universiteti Beynəlxalq Təhsil Sərgisində geniş pavilyonda təmsil olunub

Bakı, 11 oktyabr, AZƏRTAC 

“Uşaqların gələcəyinə sərmayə” devizi altında Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) geniş pavilyonda təmsil olunub. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Pavilyona böyük maraq göstərən iştirakçılar universitetin fakültə və ixtisasları ilə yaxından tanış olublar.

Sərgi ilə tanış olan təhsil naziri Ceyhun Bayramov AzMİU-nun pavilyonuna da baş çəkib, ali təhsil müəssisəsinin fəaliyyəti, gələcək planları ilə maraqlanıb.

Rektor Gülçöhrə Məmmədova, strateji inkişaf üzrə prorektor Ülkər Səttarova universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələri, gələcək perspektivləri haqqında nazirə məlumat veriblər.

Sərgi oktyabrın 13-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.