ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna növbəti dəfə pul vəsaiti köçürüb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza növbəti dəfə dəstək olub. Universitetin əməkdaşları cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun apardığı uğurlu əməliyyatlarından ruhlanaraq könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 24 min manat pul vəsaiti köçürüblər.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, universitetin professor-müəllim heyətindən tutmuş texniki işçilərinə kimi hamı Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əmindirlər.
Xatırladaq ki, bundan əvvəl də AzMİU kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]