ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetində imtahan sessiyası uğurla davam edir

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən yazılı və test imtahanlarında bütün tələbələr fəal iştirak edirlər. Hər gün təxminən 66 qrupda 9-11 imtahan keçirilir. İmtahanların gedişini rektor Gülçöhrə Məmmədova, eləcə də prorektorlar yaxından izləyir. Bu günə qədər imtahan prosesində heç bir neqativ hal müşahidə edilməyib. İyunun 2-dən 16-dək ümumilikdə 13996 tələbə imtahanda iştirak edib. Bu gün isə 1592 tələbə imtahan verəcək.

Qeyd edək ki, AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prosesi ilə bağlı şikayətlərin araşdırılması məqsədilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan şikayətlərin baxılması üçün isə rektorluq yanında Münaqişə Komissiyası yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.