ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetində müəllimlər üçün yeni tədris metodu üzrə təlimlərə başlanılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllimlər üçün innovativ tədris metodu olan PBL üzrə 1 həftəlik təlimlərə start verilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, ilk təlim Niderlandın Maastrixt Universitetinin professoru Uim Qroot tərəfindən aparılıb. Ümumilikdə təlimlərə 30 müəllim cəlb olunub. Həmin müəllimlər öz pilot qruplarında artıq PBL metodundan istifadə edirlər.

Qeyd edək ki, PBL innovativ tədris metodu dərslərin daha çox praktik bacarıqlar əsasında keçirilməsini təmin edir. Ənənəvi mühazirə metodundan daha effektiv olan bu metodun tədris sistemimizə inteqrasiyası üçün davamlı işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.