ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetində tələbələr üçün ingilis dili kurslarına start verilir

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “British Council” tərəfindən təşkil olunan “English Club” professional ingilis dili dərslərinə fevral ayından etibarən start verilir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dərslər tələbələr üçün ödənişsiz həyata keçirilir. Dərslərdə iştirak üçün 100-dən artıq tələbə qeydiyyatdan keçib və onlar xüsusi onlayn platformada ingilis dili səviyyəsinin müəyyənləşdirilməsi üçün imtahan olunublar. İmtahan zamanı A2 səviyyədə olan tələbələr arasından 25 nəfəri seçilib, onlar tezliklə dərslərə başlayacaqlar.

Tələbələr 6 ay davam edəcək kurs zamanı ingilis dilinin iş həyatında, sahibkarlıq fəaliyyətində düzgün tətbiqi, həmçinin ingilis dilində təqdimat bacarıqlarının inkişaf etdirilməsi biliklərinə yiyələnəcəklər.

Kursun sonunda müvəffəqiyyətli olan tələbələr “British Council” tərəfindən imzalanan xüsusi sertifikat əldə edəcəklər.

Qeyd edək ki, "English Club" kursları AzMİU-da 2019-2020-ci dərs ilində də uğurla tətbiq edilib və 20 tələbə sertifikatla təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.