ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetində yeni laboratoriya yaradılıb

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasında Hidravlika və hidravliki maşınlar laboratoriyası açılıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, innovativ texnologiyalar əsasında yaradılmış laboratoriya yeni tədris planında göstərilən hidravlika və hidravliki maşınlar fənlərindən işlərin yerinə yetirilməsində əsas rol oynayır. Burada 27 adda laboratoriya işlərini tədris etmək mümkündür.

Yeni yaradılan laboratoriya qurğuları içərisində “Nasosların iş rejiminin tədqiqi” stendində nasosların işçi və kavitasiya xarakteristikalarının qurulması, nasosların boru kəməri ilə birgə işləməsi, iki nasosun paralel və ardıcıl işləməsinə dair ölçüləri götürməklə xarakterik əyrilərin qurulmasını həyata keçirmək olur. Bütün laboratoriya işləri, onların yerinə yetirilmə ardıcıllığı və aparılma qaydaları kafedranın müəllimləri tərəfindən hazırlanaraq çap olunub, “Hidravlikadan laboratoriya işləri” adlı dərs vəsaitində öz əksini tapıb.

Laboratoriyada cihazlar və avadanlıqlar İngiltərənin “Armfield” şirkətindən alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.