ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetini seçən əcnəbi tələbələr arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 2017/2018-ci tədris ilində 68 əcnəbi tələbə qəbul olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, onlardan 12-si magistr pilləsinə, 56-sı isə bakalavr pilləsinə daxil olub.
Bakalavr səviyyəsində təhsil alan tələbələrdən 3-ü qiyabi təhsil formasına üstünlük verib. AzMİU-nu seçən əcnəbi tələbələr arasında hər il olduğu kimi, bu il də Türkiyə vətəndaşları çoxluq təşkil edir. Bu il universitetə qəbul olunanlardan 58-i dost və qardaş ölkəni təmsil edir. Yerdə qalanlar Rusiya, Nigeriya, İran, Gürcüstan və İraq vətəndaşlarıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:53]
Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib
- 19.04.2024 [14:30]