ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetinin əməkdaşı QS reytinq sisteminə aid konfransda iştirak edib

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin əməkdaşı Nigar Əbilova dünyanın nüfuzlu reytinq sistemi olan QS (Quacquarelli Symonds) tərəfindən keçirilən virtual konfransda iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “2020 Reimagine Education Virtual Conference” adlı qlobal konfransda xarici ekspertlər ali təhsilin inkişafı, ən yaxşı təcrübələr, əlaqələr və bilik mövzularına dair məsələləri müzakirə ediblər. Konfrans yüksək səviyyəli təhsil qurumlarının müəllimlərini, universitet rəhbərliyini, müəllimləri, startapçıları, tədris və öyrənmənin gələcəyi ilə bağlı digər maraqlanan tərəfləri bir araya gətirib.

Konfransda müzakirə edilən məsələlərdə yüksək fəallıq göstərən iştirakçılar sertifikatlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.