ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin müəllimi regional layihənin qalib olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) startapçısı Ramin Əkbərov “EU4Climate” regional layihəsi çərçivəsində reallaşan “Özün yarat” müsabiqəsində “Plastik” kateqoriyası üzrə qalib olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqının maliyyələşdirdiyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstək verdiyi layihə BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilib. İnkişaf Proqramının sonunda Ramin Əkbərovun “Drop by Drop” layihəsi pul mükafatı və qiymətli hədiyyələrlə dəyərləndirilib.
Qeyd edək ki, Ramin Əkbərov AzMİU-nun İnşaat-texnologiya fakültəsinin gənc müəllimidir.