ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin müsabiqədə qalib gələn tələbəsi mükafatlandırılıb
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin tələbələri arasında “Aksesuar İnşaat” şirkətinin keçirdiyi "Ən yaxşı dizayn həlli" müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə görə, memarlıq fakültəsinin tələbəsi Lalə Axundova birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Fidan Səmədova və Azər Məmmədov tutublar. Birinci yerin sahibi şirkət tərəfindən “İPhone 7” ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Ən yaxşı dizayn həlli” müsabiqəsində AzMİU-nun 25-dən çox tələbəsi iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]