ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetinin tələbə qəbulu planı 87 faiz dolub

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2021-2022-ci tədris ili üzrə qəbul planında nəzərdə tutulmuş yerlər 87 faiz dolub.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Qeyd olunub ki, builki tələbə qəbulunun ilkin nəticələrinə görə, 900 abituriyent dövlət sifarişi, 802 gənc isə ödənişli əsaslarla AzMİU-nun tələbəsi adını qazanıb.

Fakültələr arasında qəbul faizlərinə görə, memarlıq (96), tikinti-iqtisad (96), su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (99) fakültələri öndədir. Ən zəif göstərici İnşaat-texnologiya fakültəsində (44 faiz) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.