ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetinin tələbələri MOOSAO-nun müsabiqəsində diplomlar qazanıblar

Bakı, 29 noyabr, AZƏRTAC

Bu günlərdə Rusiya Federasiyasının Volqoqrad şəhərində Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatının (MOOCAO) xətti ilə Volqoqrad Memarlıq və İnşaat Universitetinin bazasında memarlıq və dizayn üzrə buraxılış işlərinin 27-ci baxış-müsabiqəsi keçirilib. Beş ölkədən 125 iştirakçının qatıldığı müsabiqəyə 684-dən artıq iş təqdim olunub.

Bu barədə AZƏRTAC–a Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) müəllimi, memar Tərlan Əliyev məlumat verib.

Onun sözlərinə görə, ölkəmizi tədbirdə Azərbaycanın Əməkdar memarı, AzMİU-nun memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və fakültənin baş müəllimi İlqar Əliyev təmsil ediblər.

Memar qeyd edib ki, AzMİU-nun tələbələri müsabiqədən uğurla qayıdıblar. Müsabiqəyə bakalavr və magistr pilləsi üzrə 24 iş təqdim edən memarlıq fakültəsinin tələbələri MOOCAO-nun 1-ci və 2-ci dərəcəli diplomları ilə təltif olunublar. Bakalavrlardan birinin işi isə Beynəlxalq Memarlar İttifaqları Assosiasiyasının (MASA) əlavə diplomuna layiq görülüb.

Tərlan Əliyevin 4 tələbəsi - Əminə Abbasova, Aminə Talıblı, Aysel Misirxanlı və Ülvi Rəsulzadənin diplom buraxılış işləri də müsabiqəyə təqdim edilib. Onların dördü də diplomlar qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.