ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin tələbələri Radiasiya Problemləri İnstitutunda təcrübə keçirlər
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) İnşaat-texnologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsinə başlayıblar. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşdə tələbələrə müəssisədə aparılan elmi tədqiqat işləri və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında geniş məlumat verilib. O.Səmədov bildirib ki, tələbələrin AMEA-nın elmi müəssisələrində istehsalat təcrübəsi keçməsi onların gələcək fəaliyyətlərinə stimul verəcək.
Daha sonra tələbələr müəssisənin laboratoriyaları ilə tanış olublar.
AzMİU-nun tələbələri təcrübə müddətində cihaz və avadanlıqlardan istifadə qaydaları da daxil olmaqla, elmi təcrübələrin aparılmasında bilavasitə iştirak edəcəklər.