ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetinin tələbələri onlayn ingilis dili kurslarını müvəffəqiyyətlə başa vurublar

Bakı, 30 iyun, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsi “British Council” şirkətinin təşkil etdiyi onlayn ingilis dili kurslarını müvəffəqiyyətlə başa vurub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 4 aydan artıq davam edən kurslarda ingilis dili səviyyələrini daha da inkişaf etdirən 19 tələbəyə şirkətin Azərbaycan nümayəndəliyi tərəfindən sertifikatlar verilib. 3 tələbə isə 2-ci sertifikat üçün onlayn dərslərə davam edir.

Xatırladaq ki, “British Council” şirkəti mütəmadi olaraq dil səviyyələrini inkişaf etdirmək istəyənlər üçün belə imkanlar yaradır. Onlayn dil kurslarından təkcə azərbaycanlı tələbələr deyil, MDB ölkələrində yaşayan gənclər də yararlana bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.