İQTİSADİYYAT


Memarlıq və İnşaat Universitetinin tələbələri üçün təlim keçirilib

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim təşkil olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi" tədbiri çərçivəsində palatanın mütəxəssisləri tərəfindən keçilib.

Tələbələrin böyük maraqla qarşıladıqları təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növlərinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirilib. Tədbirdə, həmçinin şirkətlərin kapital bazarlarından maliyyələşməsini təşviq edən "Listinq Məsləhət Proqramı" haqqında tələbələrə məlumat verilib. Bu proqram çərçivəsində emitentlərə ödənişsiz əsaslarda kütləvi təklif üsulu ilə səhm və istiqraz emissiya vasitəsilə vəsait cəlb etməyin üstün cəhətləri və şirkətlərə yaratdığı imkanlar barədə danışılıb.

İnteraktivlik və diskussiyalarla zəngin olan tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.