Məmməd Abbasbəyli: Bəzi Dövlət satınalmalarında iştirak haqqının məbləği çox yüksəkdir
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Dövlət satınalmalarında kiçik və orta sahibkarların əksəriyyətinin iştirak etməməsinə səbəb iştirak haqlarının kifayət qədər yüksək olmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.
“Bəzən tenderə çıxarılan məhsulun dəyərinin aşağı olmasına baxmayaraq, tenderdə iştirak haqqı yüksək olur. Bununla bağlı Dövlət Xidməti tərəfindən iştirak qiymətinin optimallaşdırılması barədə tədbirlər həyata keçiriləcək. Bu da, sahibkarların tenderdə iştirakına, Dövlət satınalmalarında şəffaflığın təmin olunmasına, sağlam rəqabətə gətirib çıxaracaq”, - deyə M.Abbasbəyli vurğulayıb.

Xəbərin mətnində orfoqrafik səhv var