CƏMİYYƏT


Məmməd Kərimov: Ümid edirik ki, “StartupFest 2019” beynəlxalq festivalı bütün startaplar üçün faydalı olacaq

Bakı, 22 noyabr, AZƏRTAC

“StartupFest 2019” beynəlxalq festivalı investorların, startapların, startaplara dəstək olan qurumların bir-biri ilə əlaqələrinin qurulması, danışıqların aparılması, xaricdən gələn ekspertlərin öz təcrübələrini paylaşması üçün bir platformadır. Bu festivalda 6 gün ərzində 2 mindən çox insanın iştirak edəcəyini düşünürük. Ümid edirik ki, bütün startaplar bundan faydalanacaqlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, festivalda təqdim olunan startaplar çoxşaxəlidir və maliyyə texnologiyaları, kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi və s. sahələri əhatə edir: “Festivalda xarici investorlar da iştirak edəcəklər. Düşünürük ki, onlar startaplarla bağlı real addımlar atacaqlar”.

Qeyd edək ki, “StartupFest 2019” beynəlxalq festivalına noyabrın 21-də start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.