Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Məmmədəli Ağayev: Azərbaycanlı olmağımdan qürur duyuram

Məmmədəli Ağayev: Azərbaycanlı olmağımdan qürur duyuram

Moskva, 20 sentyabr, AZƏRTAC

Məmmədəli Ağayev Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimidir. Bu ölkənin II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin medalı və “Dostluq” ordeni ilə təltif olunub. 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeninə layiq görülüb. AZƏRTAC-a müsahibəsində Məmmədəli Ağayev Moskva teatrında fəaliyyətindən, Rusiya-Azərbaycan mədəni əlaqələrindən danışıb.

- Məmmədəli müəllim, siz Rusiyada incəsənət sahəsində fəaliyyət göstərən tanınmış azərbaycanlılardan birisiniz. Uzun illərdir Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində çalışırsınız. Azərbaycanlı olmağınız fəaliyyətinizdə sizə mane olmur ki?

- Direktor olmaq çətindir. Teatrla bağlı məsələlərdən tutmuş, yaradıcı kollektivin məişət problemlərinədək mühüm işlərin həlli mənim öhdəmə düşür. Ancaq mən hələ uşaqlıqdan teatrda böyümüşəm, əsl sənəti saxtakarlıqdan ayıra bilirəm. Kollektivin hər bir üzvünün teatrda, qastrol səfərlərində rahat işləməsi üçün pərdəarxası, gözəgörünməyən o qədər məsələ var ki... Böyüklərə ehtiramla, kiçiklərə qayğı ilə yanaşmağa çalışıram. Bu da yəqin ki, mənim mentalitetimdən, azərbaycanlı ailəsində böyüməyimdən irəli gəlir. Bu baxımdan, deyərdim ki, azərbaycanlı olmağım mənə kömək edir. Çünki bizə hələ uşaqlıqdan böyük-kiçik yeri bilməyi, ailəyə canıyananlıqla yanaşmağı aşılayırlar. Teatr isə böyük bir ailədir.

- Ali məktəbi bitirdikdən sonra Naxçıvan teatrında çalışmısınız. Necə oldu ki, Moskvaya gəldiniz?

- Bakıda ali təhsilimi başa vurub Naxçıvana qayıtdım və 1975-ci ildə Naxçıvan Musiqili Dram Teatrında fəaliyyətə başladım. Oradan məni Moskvaya, 2 illik təkmilləşdirmə kurslarına göndərdilər. Elə burada da SSRİ Xalq artisti, görkəmli rejissor, Moskva Akademik Satira Teatrının baş rejissoru Valentin Pluçeklə tanış oldum. Valentin Nikolayeviç çox müdrik, dünyagörmüş bir adam idi. Belə bir insanın mənə inanıb öz yanında işə götürməsini taleyin hədiyyəsi kimi qiymətləndirirəm. Uzun illər onun rəhbərliyi altında çalışmağım mənim üçün böyük həyat məktəbidir. Valentin Nikolayeviç səhhəti ilə əlaqədar teatrdan gedəndən sonra artıq 18 ildir teatra Mixail Şirvind rəhbərlik edir.

- Rusiya teatr aləmində sizi yüksək peşəkar kimi tanıyırlar. Rusiya dövləti sizin xidmətlərinizi layiqincə qiymətləndirib.

- Rusiya Prezidenti Vladimir Putinin fərmanları ilə II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin medalı və “Dostluq” ordeni ilə təltif olunmuşam. “Dostluq” ordenini mənə Kremldə Prezident Vladimir Putin şəxsən təqdim edib. Bu, mənim üçün çox qürurverici idi. Bir azərbaycanlı kimi fəxr edirdim ki, böyük bir dövlətin rəhbəri mənim xidmətlərimi belə yüksək qiymətləndirib.

- Gənclik illərindən Rusiyada yaşamağınıza baxmayaraq, Azərbaycan ilə, xüsusən də kiçik Vətəniniz olan Naxçıvanla əlaqələrinizi davam etdirirsinizmi?

- Azərbaycanlı olmağımdan qürur duyuram. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev 65 illik yubileyim münasibətilə “Dostluq” ordeni ilə təltif olunmağım barədə Sərəncam imzaladı və bu yüksək mükafatı mənə şəxsən təqdim etdi. Əlbəttə, bu, mənim üçün həm sonsuz xoşbəxtlik, həm də böyük məsuliyyətdir. Azərbaycan və Rusiya mədəniyyət və incəsənəti illərlə qoşa addımlayıb. Azərbaycan incəsənətinin bir çox məşhur nümayəndələri Rusiyada, Moskvada təhsil alıblar. Prezident İlham Əliyevlə görüşüm mənim xatirəmdə əbədi qalacaq. Onun əsl ziyalı, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən bir insan olduğunun şəxsən şahidi oldum.

Teatrımızın aktrisaları Natalya Seleznyovanın və Zoya Zelinskayanın oğulları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıblar. Prezident İlham Əliyev MDBMİ-nin müəllimi olduğu dövrlərdə onlara dərs deyib. Hazırda hər ikisi diplomatik fəaliyyətini davam etdirirlər. Onlar danışırlar ki, İlham Əliyevin mühazirələri zamanı digər fakültələrin tələbələri də gəlib onu dinləyirdilər. Şəxsi görüşümüzdən sonra mən bir daha əmin oldum ki, Azərbaycan xalqı xoşbəxtdır ki, İlham Əliyev kimi Prezidenti var.

- Ulu öndər Heydər Əliyevlə Moskvada görüşləriniz olubmu?

- Ulu öndər Heydər Əliyev dahi şəxsiyyətdir. Onun Moskvada nə qədər böyük nüfuz sahibi olmasının, sevilməsinin dəfələrlə şahidi olmuşam. Ulu Öndər bizim teatra tez-tez gəlirdi, tamaşalarımıza baxırdı. Teatr sənətinin incəliklərinə bələd olması hər zaman kollektivimizdə heyranlıqla qarşılanırdı. Görüşlərimizin birində ona atam haqqında danışdım, hələ gənclik illərində Naxçıvanda tanış olduqlarını dedim. O vaxtlardan 60 il keçməsinə baxmayaraq, atamı dərhal xatırladı. Həqiqətən dahi insan, böyük azərbaycanlı idi.

- Bu illər ərzində, sözsüz ki, bir çox məşhur sənət adamları ilə dostluq əlaqələriniz olub?

- Andrey Mironov ilə yaxın dost idik. Olduqca xeyirxah və ürəyi açıq adam idi. Əsl sənət fədaisi kimi ömrünün son anınadək teatrda oldu, mənim qollarım üstündə dünyasını dəyişdi. Bu, əlbəttə, əvəzolunmaz itki idi. Böyük aktyor Georgi Menqlet öz xatirələrində məni də yada salıb və yazıb ki, mənim qismimdə ahıl çağlarında özünə əsl, səmimi dost tapıb. Ümumiyyətlə, hər tamaşa öncəsi mən aktyorların otaqlarına gedirəm, söhbət edirəm, kefin soruşuram. Bu bir qanundur, məndən əvvəlki direktor da belə edirdi. Odur ki, mən bütün aktyorlarla dostam.

- Teatrınızın tamaşaçıları arasında dövlət adamları, yüksək vəzifəli məmurlar da olur. Onları siz qarşılayırsınız?

- Bu qəbildən olan tamaşaçılar arasında yeganə qarşılamadığım şəxs Mixail Qorbaçov olub. Məlum hadisələrdən sonra bu adamla üzbəüz gəlmək belə mənim üçün mümkünsüz idi. Digər dövlət məmurlarının hamısını şəxsən qarşılayıram, tamaşadan sonra aktyorlarla görüş təşkil edirik. Ancaq bir yazılmamış qanun tətbiq etmişəm və bununla fəxr edirəm ki, teatrda vəzifəli şəxsə xahişlə müraciət etmək olmaz. Moskvanın keçmiş meri Yuri Lujkov teatrımıza gələndə, mən onun köməkçisi vasitəsilə qəbula yazıldım. Aktyorlarımızdan bəzilərinin mənzil problemini həll etməli idim. Bir neçə gündən sonra merin qəbuluna gələndə Lujkov çox təəccübləndi. Mən ona dedim ki, teatr sənət ocağıdır. Burada yalnız sənətdən danışmaq olar. Onu da deyim ki, şəxsi dostluq əlaqələrim sayəsində 27 illik fəaliyyətim dövründə teatrda çalışan 78 əməkdaşın mənzil problemini həll edə bilmişəm.

- Teatrınızın Azərbaycana qastrol səfəri gözlənilirmi?

- Prezident İlham Əliyevlə görüşümüzdə bu mövzuya toxunduq. Moskva Satira Teatrının Azərbaycana qastrol səfərlərinin təşkilinin önəmi vurğulandı. Hazırda gələn ilin may-iyun aylarında Bakıya qastrol səfərimizin proqramı üzərində işləyirik. Ehtimal ki, tamaşalarımız Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

- Rusiya teatrlarında azərbaycanlı aktyorların sayı çox azdır. Gənclərimizi Rusiya teatrlarına cəlb etmək üçün nə etmək lazımdır?

- Çox istərdim ki, Moskva Satira Teatrında bir neçə azərbaycanlı aktyor işləsin. Nəsibə Zeynalova, Siyavuş Aslan, Əliağa Ağayev kimi dahi komik artistlər bizim səhnəmizdə maraqlı rollar yarada bilərdilər. Təəssüf ki, gənc aktyorlar indi daha çox kinoya çəkilməyi üstün tuturlar. Ancaq indi Azərbaycan dövlətinin dəstəyi ilə gənc aktyorlar Moskva teatr məktəblərində təhsil almaq üçün Rusiyaya göndərilir. Bu, məni çox sevindirir. Onları teatrımıza dəvət edirəm ki, tamaşalarımızı izləsinlər. Boris Şukin adına Teatr İnstitutu artıq ilk addımları atıb. Mən onların kurslarında oluram. Yaxın vaxtlarda azərbaycanlı gəncləri teatrımızda nümayişlərə cəlb etmək niyyətindəyəm.

- Uzun illər Rusiyada yaşayan azərbaycanlı kimi diaspor problemlərimiz, sözsüz ki, sizi də narahat edir. Bu böhrandan çıxış yollarını nədə görürsünüz?

- Əlbəttə, bu məni də çox narahat edir. Rusiyada yaşayan azərbaycanlıları birləşdirən güclü diaspor təşkilatına çox ehtiyac var. Ayrı-ayrı cəmiyyətlərin və qurumların bir araya gəlməsi, ünsiyyəti qurması, birgə fəaliyyəti üçün Azərbaycan evi yaradılsa, çox yaxşı olar. Bizim toplaşıb ünsiyyət qurmağımız üçün bir məkana ehtiyacımız var. Akademik, tanınmış ziyalımız Fazil Qurbanovun diasporumuzu böhranlı vəziyyətdən çıxaracağına, Rusiya azərbaycanlılarını ətrafında birləşdirə biləcəyinə əminəm. Ümid edirəm ki, bu məsələ tezliklə müsbət həll olunacaq.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb