İDMAN


Məmmədəli Mehdiyev cüdo üzrə “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Məmmədəli Mehdiyev cüdo üzrə “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Bakı, 19 fevral, AZƏRTAC

Cüdoçumuz Məmmədəli Mehdiyev Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qırğızıstanlı Erlan Şerovu məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) isə yarımfinalda gürcüstanlı İlya Sulamanidzeyə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq. Onunla eyni çəkidə çıxış edən Elmar Qasımov isə təsəlliverici görüşdə rumıniyalı Eduard Serbana məğlub olaraq 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışa 9 idmançı ilə qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.