REGİONLAR


Məmmədli kəndindəki “Şahsevən” məscidində təmir-bərpa işləri yekunlaşır

Xırdalan, 25 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Məmmədli kəndində yerləşən, 1819-cu ildə inşa edilmiş “Şahsevən” məscidində təmir-bərpa işləri artıq yekunlaşır. Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunan bu abidə-məscid sonuncu dəfə 1984-cü ildə təmir edilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Məmmədli kənd məscidində aparılan işlərlə yaxından tanış olub. Məsciddə xidməti otaqlar, 240 yerlik mərasim zalı da tikilib.

Kənd dindarları ilə görüşən İradə Gülməmmədova Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərildiyini qeyd edib. O, həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Həmçinin son bir neçə ildə rayonda onlarla məscid, ibadətgah və dini ziyarətgahın təmir olunaraq xalqın istifadəsinə verildiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.