DÜNYA


Məmurların səhvi Xemnits hadisələrinə gətirib çıxarıb

Berlin, 10 sentyabr, AZƏRTAC

Xemnitsdə 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən, iraqlı qaçqın olduğu ehtimal edilən adam şəxsi işi nəzərdən keçirilərkən miqrasiya idarəsi məmurlarının səhvə yol verməsi ucbatından Almaniyadan çıxarılmayıbmış. Bu barədə “Bild am Sonntag” həftəliyi hadisə barədə məlumatı olan həmsöhbətinin adını çəkmədən ona istinadla məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Miqrasiya və Qaçqınlar Məsələləri üzrə Federal İdarənin (BAMF) Xemnits bölməsi əməkdaşlarının 2016-cı ilin mayında BAMF-dan aldıqları məktubda deportasiyanın müddəti 2016-cı ilin noyabrınadək uzadılıb. Lakin bu barədə “sənədlərdə qeyd aparılmayıb” və yeli hökumət orqanları hələ də hesab edirdilər ki, deportasiya, əvvəllər nəzərdə tutulduğu kimi, avqustda olacaq. Lakin onlar sonda bu müddəti kifayət hesab etməyiblər və 2016-cı ilin iyulunda deportasiya proseduruna xitam verilib.

Bundan əvvəl AFR–in daxili işlər naziri Horst Zeyehofer bildirib ki, kişini ilk dəfə sığınacaq istədiyi Bolqarıstana deportasiya etmək olardı. Onun sözlərinə görə, sığınacaq almaq proseduru üçün təqdim edilən sənədlər “tam saxta” olub. Saksoniya federal əyalətinin Baş naziri Mixael Kreçmer bildirib ki, uğursuz deportasiyaya görə BAMF məsuliyyət daşıyır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.