ELM VƏ TƏHSİL


“Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin ilk mərhələsi keçirilib

Bakı, 24 mart, AZƏRTAC

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq 9-10-cu sinif şagirdləri arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin birinci mərhələsi keçirilib. Respublika üzrə 22 müxtəlif məktəbdən ərizə ilə müraciət edən şagirdlərdən 65 nəfəri müsabiqəyə qatılıb.

Neft-Kimya Prosesləri İnstitutundan AZƏRTAC-a bildiriblər ki, birinci mərhələ 30 sualdan ibarət olmaqla test üsulu ilə keçirilib. Bu mərhələdə sualların 70 faizinə düzgün cavab verən şagirdlər ikinci mərhələyə adlayıblar.

Qeyd edək ki, ikinci mərhələ mayın 25-də keçiriləcək. Bu mərhələdə sualların 70 faizinə düzgün cavab verən şagirdlər üçüncü mərhələyə vəsiqə qazanacaqlar. Üçüncü mərhələ isə sentyabrın 21-də təşkil olunacaq. Bu mərhələdə şagirdlərdən I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr veriləcək, üçüncü mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.