MƏDƏNİYYƏT


“Mən öləndə ağlama” tamaşası nümayiş ediləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yeni tamaşalardan sayılan “Mən öləndə ağlama” tamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Yazıçı Pərvin Nurəliyevanın pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Monotamaşada gənc və istedadlı aktrisa Səbinə Məmmədova maraqlı obraz yaradıb.

Qeyd edək ki, tamaşanın premyerası bu il mart ayının 29-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.